Anama...

Bu gün üzün gülmür. Havalar ki yaxşıdır? Nə olub yenə?sən ki yaz fəslini sevərdin. Gələcəkdim....Vallah gələcəkdim. Bağışla..
Səhər oyananda bilirsən nəyi xatırladım? Sanki səsini də eşidirdim.
“ Bura gəlin köpəy uşaqları” deyə bizi səsləyirdin elə. Uşaqlıqda qaçıb çarpayının altında gizlənməyimiz gözümün önünə gəldi. Yadimda deyil dəqiq niyə əsəbləşmişdin. Deyəsən yenə evdə qardaşımla top-top oynayanda nəyisə sındırmışdıq. Ən birinci mən girərdim çarpayının altına, qardaşımı da qabağa verərdim ki, oxlov mənə dəyməsin. Həmin oxlov hələ də evimizdədir. 15 ildən çox olar daha dəymir bizə. Daha incitmir bizi… Amma indi… indi razıyam. Bədənimdən qan çıxana qədər həmin oxlovla döysünlər məni. Təki nəfəsinin küləyini hissi edim bircə dəfə. Mənə küləyini göndər.
Ardı →

Tərbiyədə inam həlledici faktordu

Bir ana daim öz uşağından şikayətlənirdi. Ona dedim:«Uşağınla dil tapmağa çalış. O, sənin düşündüyün kimi pis uşaq deyil». Ana isə inadla mənə sübut etməyə çalışırdı ki:" Sən bilmirsən, bu sən deyən uşaqlardan deyil, dözmək olmur. Bilmirəm nə edim, başa salmaqdan ölürəm, eşitmir, bəlkə onun beyni inkişafdan qalıb? Vay, mən neyləyərəm?"- deyə özünü bir az da qorxutmağa başladı. Dedim ki: " Sən bir də de, yumşaq de, nəsə edəndə, danlamamışdan əvvəl soruş niyə eləyib, desin səbəbini, sən də bil neyləyirsən" O da cavabında: " Demək asandı, uşaq tərbiyəsi çox çətin məsələdi". 
Ardı →